Cəlilabadda 19 yaşlı oğlan qətlə yetirilib (Yenilənib)

11 Yanvar, 2017 11:13 | Hadisə | Baxış sayı: 345
bıçaqlanma
bıçaqlanma

O, ürək nahiyəsindən bıçaqlanıb

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub. İstiPress-in Cənub bürosunun əldə etdiyi məlumata görə, Cəlilabad şəhər sakini,16 yaşlı Murad Muradov 19 yaşlı Emin Abdullayevi anasına söz atdığına görə, intiqam məqsədi ilə öldürüb. Hadisə axşam saatlarında rayon mərkəzində baş verib.   Ürək nahiyəsindən bıçaq zərbəsi alan  yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Universitet tələbəsi olan Emini qətlə yetirən Murad hadisə yerindən çox da  uzağa qaça bilməyib.Yaxın kəndlərin birində gizlənən Murad Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən artıq saxlanılıb.

Faktla bağlı Cəlilabad prokurorluğunda  cinayət işi qaldırılıb, araşdırma aparılır. Qətlin dəqiq təfərrüatları araşdırma nəticəsində bəlli olacaq.

Saat 09:34

Cəlilabadda qətl hadisəsi baş verib. İstiPress-in Cənub bürosunun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında rayon mərkəzində qeydə alınıb. İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 19 yaşlı Emin Elman oğlu Abdullayev  ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Universitet tələbəsi olan Emin 2001-ci il təvəllüdlü Murad Muradov tərəfindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zəminində qətlə yetirilib.

Faktla bağlı Cəlilabad prakurorluğunda  cinayət işi qaldırılıb, araşdırma aparılır.