Cəlilabad sakinini həmkəndlisi bıçaqladı

11 Yanvar, 2017 09:40 | Hadisə | Baxış sayı: 223
Bıçaqlanma hadisəsi
Bıçaqlanma hadisəsi

35 yaşlı Elməddin Bağırovun vəziyyəti ağırdır

Cəlilabad rayonunun  Qarazəncir kəndində  bıçaqlanma hadisəsi qeydə alınıb.

Həmin kənd sakini, 35 yaşlı Elməddin Ağalar oğlu Məmmədov bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. İstiPress-in Cənub bürosunun Cəlilabad rayon polis şöbəsindən əldə etdiyi məlumata görə, Elməddini kənddəki yaxın tanışlarından biri şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqlayıb.Hadisənin dəqiq təfərrüatları istintaq zamanı məlum olacaq. Hazırda yaralının vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.