Bakıda xəstəxanada xəstə boğazını kəsərək özünü öldürüb

11 Yanvar, 2017 11:16 | Hadisə | Baxış sayı: 33

Xəstəxanada intihar hadisəsi baş verib

Xəstə müalicə aldığı xəstəxanada həyatına qəsd edib. İstiPress-in “Report”a istinadən verdiyi xəbərə görə, Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olunan 53 yaşlı Anatoli Mehdiyev həmin səhiyyə müəssisəsində boğazını kəsərək intihar edib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.