Bakıda tonlarla yararsız ət aşkarlandı

11 Yanvar, 2017 12:19 | Hadisə | Baxış sayı: 33
Aşkarlanan yararsız ət
Aşkarlanan yararsız ət

Ətlər müsadirə edilərək dövriyyədən çıxarılıb

Bakıda mənşəyi məlum olmayan 2 ton 115 kiloqram ət aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən xəbərə görə, Binəqədi rayonunda DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları tərəfindən reyd keçirilib.

Yanvarın 9-da rayonun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb və DBNX-nın laboratoriyasına verilib.