Bakıda 2 nəfər 30 kq narkotik vasitə ilə saxlanıldı

11 Yanvar, 2017 12:07 | Hadisə | Baxış sayı: 20
Saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb
Saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb

Əvvəllər məhkum olnumuş şəxslər külli miqdarda narkotik vasitə ilə saxlanıldı

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub. İstiPress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərovdan 19 kiloqram 470,278 qram marixuana götürülüb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Musayevdən 10 kiloqram 70 qram marixuana götürülüb.