Azərbaycanda növbəti ana ölümü

11 Yanvar, 2017 15:45 | Hadisə | Baxış sayı: 121
Doğuş zamanı
Doğuş zamanı

Ana doğuşdan sonra ölüb

Azərbaycanda doğuşdan sonra ana ölümünün bəzi təfərrüatları məlum olub. İstiPress-in Cənub bürosunun məlumatına görə, doğuş bir ay əvvəl Bakıdakı klinikaların birində olub. Həyatını itirən qadın isə Füzuli rayonunda yaşayırmış. Ötən gecə qadın Bakıda vəfat edib.

15:26

Biləsuvar rayonunda ana doğuşdan sonra ölüb. 

İstiPress-in ”Report”a istinadən verdiyi məlumata görə, rayonun Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib. 

Məlumata görə, doğuş zamanı ana oğlan uşağını dünya gətirib və doğuşdan sonra ölüb. Körpənin durumunun normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.