Avtobus azyaşlını vurdu

11 Yanvar, 2017 19:21 | Hadisə | Baxış sayı: 188
Piyada qəzası
Piyada qəzası

2009-cü il təvəllüdlü Aydın Ramin oğlu Yusifovu marşrut avtobusu vuraraq xəsarət yetirib

Qubada azyaşlını avtobus vurub. 

İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə rayonun Timiryazev qəsəbəsində baş verib. 

Qəsəbə ərazisində yolu keçmək istəyən 2009-cü il təvəllüdlü Aydın Ramin oğlu Yusifovu marşrut avtobusu vuraraq xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. 

Həkimlər A.Yusifova qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının oynaqdaxili sınığı diaqnozu qoyublar. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.