ABŞ məhkəməsi ona ölüm hökmü verdi

11 Yanvar, 2017 02:14 | Hadisə | Baxış sayı: 24
ABŞ məhkəməsi ona ölüm hökmü verdi
ABŞ məhkəməsi ona ölüm hökmü verdi

Dilan Ruf kilsədə 9 nəfəri öldürübmüş

2015-ci ilin yayında ABŞ-ın Cənubi Karolina ştatındakı kilsələrin birində 9 afro-amerikalını öldürməkdə təqsirləndirilən Dilan Rufa ölüm hökmü verilib.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yekun qərar ötən gün məhkəmə hakimləri tərəfindən verilib.

Cənubi Karolina ştatının Çarlston şəhərindən olan 22 yaşlı D.Ruf hələ dekabrda yerli cinayət məcəlləsinin 33 bəndi ilə təqsirli bilinmişdi. Məhkəmə iclası zamanı o, günahını etiraf edəcəyi təqdirdə sağ qalmasına dair zəmanət də istəyib. Ancaq yerli prokuror onun bu "təklif"ini rədd edib.

Yanvarda keçirilən görüşlər isə fərqli yanaşmalarla yadda qalıb. Prokuror D.Rufun ölümünü istəsə də, məhkəmə müdafiəçiləri cəzasının ömürlük həbs olmasını təklif edib.