83 yaşlı baxıcı itkin düşüb

11 Yanvar, 2017 17:22 | Hadisə | Baxış sayı: 25
Baxıcı
Baxıcı

Ucar rayon sakini itkin düşüb

Ucar rayon Qazyan kənd sakini itkin düşüb. İstiPress-in Ucar Rayon polis şöbəsindən əldə etdiyi məlumata görə, ötən il dekabrın 29-dan 30-na keçən gecə rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyev yaşadığı evdən çıxıb və qayıtmayıb.

X. Əliyevin oğlu Qalib Əliyev hadisənin ertəsi gün Ucar Rayon Polis Şöbəsinə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. X. Əliyevin tapılması istiqamətində tədbirlər görülür.

Məlumata görə, itkin düşən X. Əliyev əvvəllər bərbər işləyib, son illərdə baxıcılıq edib.