3 yaşlı körpə beşiyində yanıb

11 Yanvar, 2017 12:22 | Hadisə | Baxış sayı: 48
uşaq
uşaq

Ağstafada bədbəxt hadisə baş verib

Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb. İstiPress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.

Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.