Yanan “EuroHome”da zəhərlənənlər var YENİLƏNİB

10 Dekabr, 2019 11:01 | Hadisə | Baxış sayı: 103
"EuroHome”da yanğın
"EuroHome”da yanğın

Zəhərlənənlər Toksikologiya şöbəsinə, əli yaralanan isə Travmatologiya İnstitutuna çatdırılıb

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı əlavə məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Saat 09:34

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.