Konyada 2 mərtəbəli bina çökdü, ölənlər var

10 Dekabr, 2019 12:13 | Hadisə | Baxış sayı: 13
Konya
Konya

Ölənlərin arasında uşaqlar da var

Türkiyənin Konya şəhərində ikimərtəbəli bina çöküb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dağıntılar altında qalan 3 nəfərin meyiti çıxarılıb. Onlardan ikisi uşaqdır. 

Konya Valisi Cüneyit Orhan Toprakın sözlərinə görə, binanın 80-na yaxın yaşı olub. Binanın hasar divarlarının hündürlüyü 2,5 metrə yaxındır. Bunun üçün də qonşular uçqunun fərqinə gec varıblar.

"Bu binalar müəyyən zaman sonra dayanıqlıqlarını itirirlər. Çökməyə binanın çox köhnə olmasının səbəb olduğunu düşünürük. Ətrafdakı binalara baxış keçiriləcək və çökmə təhlükəsi olanlar varsa tədbir görüləcək".