Bakıda vurulan piyada xəstəxanaya aparılanda öldü

10 Dekabr, 2019 16:25 | Hadisə | Baxış sayı: 80
Təcili yardım maşını
Təcili yardım maşını

“QAZ-3110” markalı avtomobillə vurulub

Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, qəza dekabrın 9-da saat 12 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini E.Həmzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Tağıyevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.