Bakıda məşhur bazarda güclü yanğın başladı YENİLƏNİB III, FOTOLAR, VİDEO

10 Dekabr, 2019 11:20 | Hadisə | Baxış sayı: 425
Yanğın
Yanğın

"Eurohome"da alovla mübarizəyə 3 helikopter və təyyarə də cəlb edilib

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

Saat 10:08

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə  Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri  və 3 helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

SAAT 09:35

"EuroHome” tikinti materialları bazarında səhər saatlarında başlayan yanğın davam edir. FHN-dən verilən məlumata görə, çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

SAAT 09:05

Bakı günə yanğınla başlayıb.  Yanğın Binəqədi rayonu ərazisində "Eurohome" tikinti materiallarının topdansatış bazarında başlayıb. Bazardakı tikinti materialları mağazalarından birində başlanan güclü yanğın başqa mağazalara da keçib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.