Bakıda istehsalat obyektinə basqın olub

10 Dekabr, 2019 15:58 | Hadisə | Baxış sayı: 90
Bıçaq
Bıçaq

İşçinin 4 min manat pulunu və mobil telefonunu əlindən alıblar

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qapı-pəncərə sexinə basqın olub.

İstiPress-in məlumatına görə, 3 naməlum şəxs sexdə işləyən Anar Hüseynovu zorla avtomobilə mindirərək onu Suraxanı rayonuna aparıblar. Naməlum kişilər orada onu döyərək 4 min manat pulunu və mobil telefonunu əlindən alıblar.

Hadisəni törədən şəxslər axtarılır.