Ana və azyaşlı uşaqları avtomobillə vurub qaçdı

10 Dekabr, 2019 19:55 | Hadisə | Baxış sayı: 93
Sürücü
Sürücü

Bakı şəhər sakini müəyyən edilərək saxlanılıb

Bakıda ana və onun azyaşlı uşaqlarını avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.

İstiPress-ə bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.