İŞİD əməliyyatı - tutulanlar var

10 Noyabr, 2017 11:13 | Hadisə | Baxış sayı: 77
Türk polisi
Türk polisi

Saxlanılan 82 nəfərin hamısı əcnəbidir

İstanbulda növbəti İŞİD əməliyyatı keçirilib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 7 rayonda, 14 məntəqəyə eyni anda polis basqınları olub. Nəticədə terror qruplaşamasının üzvü olan 82 nəfər saxlanılıb.

Onlar əcnəbilərdir. Saxlanılanlar arasında azərbaycanlıları olub-olmadığı açıqlanmayıb. 

Polis əməliyyatı zamanı saxlanılan şəxslərin terrorçuların sırasına qoşulmaq üçün İraq və Suriyaya getməyə hazırlaşdıqları bəlli olub.