Bakıda biznes mərkəzi yandı YENİLƏNİB

10 Noyabr, 2017 14:25 | Hadisə | Baxış sayı: 294
FHN yanğınsöndürənləri
FHN yanğınsöndürənləri

Yanğınsöndürənlər və xilasedicilər hadisə yerindən onlarla adamı evakuasiya edib

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb. FHN-dən İstiPress-ə verilən məlumata görə, yanğın tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Əlavə məlumat veriləcək.

Saat 12:45

Bakının Nərimanov rayonunda yerləşən biznes mərkəzində yanğın başlayıb.

Fövqəladə hallar Nazirliyindən İstiPress-ə verilən məlumata görə, yanğıan barədə böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.