Quba yolunda ağır qəza, bir ailənin 3 üzvü öldü YENİLƏNİB, TƏFƏRRÜAT

10 Oktyabr, 2019 16:10 | Hadisə | Baxış sayı: 860
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

FHN əməkdaşı səhər növbədən çıxıb Bakıya getmək üçün yola düşübmüş

Xızıda bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən qəzanın bəzi detalları bəlli olub. İstiPress-in Şimal bürosunun əldə etdiyi məlumata görə, ölənlər Xızının Fındığan kənd sakinləridir.

"Jiquli" markalı maşını idarə edən 31 yaşlı Taleh Qüdrət oğlu Allahverdiyev  FHN-nin Xızı Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən işləyib. Bu gün səhər növbədən çıxan Taleh Allahverdiyev anası və həyat yoldaşı ilə Bakıya gedirmiş.

Onun maşını qarşısında gedən, Bakı sakini İlham Sabir oğlu Qasımovun idarə etdoyi "MAN" markalı yük avtomaşınına çırpılıb. Nəticədə sürücü Taleh Allahverdiyev,anası,53 yaşlı Lalə Məmməd qızı Allahverdiyeva və arvadı Nazilə Mustafa qızı Süleymanova yerindəcə ölüblər.

Dəhşətli qəzanı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair  işlər üzrə istintaq və təhqiqat şöbəsi araşdırır.

Qəza ilə bağlı  cinayət işi açılıb, səbəblər araşdırılır.

Saat 12:52

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin kimlikləri bəlli olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, onlar bir ailənin üzvləridir.

Ölənlər aşağıdakılardır:

Sürücü - 31 yaşlı Taleh Qüdrət oğlu Allahverdiyev

anası - 53 yaşlı Lalə Allahverdiyeva

həyat yoldaşı - Nazilə Allahverdiyeva

Meyitlər Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində müayinə olunur.

Saat 11:48

Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə yolun 52-ci km-də-Xızı rayonu ərazisində qeydə alınıb.

Qəza nəticəsində yük avtomobili və "VAZ-07" markalı maşın toqquşub. Yük maşınına arxadan çırpılan "Jiquli"də olan 3 nəfər ölüb. Onlardan biri sürücüdür. Onun adının Taleh olduğu açıqlanıb. Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. 

Meyitlər Sumqayıt morquna aparılıb. 

Baş Dövlət Yol Polisinin istintaqçıları araşdırmaya başlayıb.