Bakıda "Gallenwagen" külə döndü

10 Oktyabr, 2019 10:31 | Hadisə | Baxış sayı: 80
"Gallenwagen" yandı
"Gallenwagen" yandı

Bahalı maşın aeroport yolunda alışıb

Ötən gecə Bakıda avtomobil yanıb. Aeroport yolunda "Gallenwagen" markalı maşın alışıb. 10 PP 222 dövlət nişanlı minik avtomobili anidən yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğını söndürməyə müvəffəq olunsa da, "Gallenwagen" yararsız hala düşüb. /trend/