Azərbaycanda dəhşət - qadını ata qoşub sürüdülər YENİLƏNİB, TƏFƏRRÜAT

10 Oktyabr, 2019 14:38 | Hadisə | Baxış sayı: 403
At
At

Cinayəti 35 yaşlı xanımın qonşusu öz qızı və oğlu ilə törədib

Goranboy rayonunda qadına işgəncə verilməsi ilə bağlı yayılan məlumatın təfərrüatı məlum olub. Məlumata görə, hadisə Əlirzalı kəndi ərazisində baş verib. 

"Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq Fürduz Dəmirova  həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır".

Məlumata görə, artıq qadına xəsarət yetirən 3 nəfər polisə çağırılıb. Faktla bağlı araşdırma aparılır.

Saat 11:33

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.