Qardaşlar kreditlərin əlindən tayqaya qaçdılar

10 Oktyabr, 2018 11:19 | Hadisə | Baxış sayı: 156
Tayqa
Tayqa

Rusiyalı iki kişi bankların əlindən tərkidünyalığa çəkilib

Rusiyada kreditlərin əlindən bezən iki qardaş qeyri-adi addım atıb. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Krasnoyar vilayətində yaşayan iki qardaş tayqa meşələrinə qaçıb. Onlardan biri ayrı yaşadığı övladları üçün təyin edilən alimenti vermədiyi, digəri isə banklara olan faizləri ödəmədiyi üçün qaçıbmış. 

Adları açıqlanmayan qardaşlar Sibir meşələrində dəyədə yaşayıb, hər kəsdən uzaq qalmağa çalışıblar. Onlar tərkidünya olaraq borclardan yaxa qurtarmaq istəyiblər. Amma qardaşların bu cəhdi nəticəsiz qalıb.

Məhkəmə icraçıları səs-səmirləri gəlməyən qohumların axtarışına başlayıb və qardaşların izini onlardan birinin yaxınlarının köməyi ilə tapıb. Belə ki, tanış şəxs daima dostlarının mağarada yaşadıqlarını deyirdi.

Qardaşlar meşədən bir başa polis idarəsinə gətiriliblər. Alimenti ödəmək üçün onlardan biri işə düzəlib. Digəri isə borcu özü üçün götürmədiyini, bankda zamin olduğunu deyib. İndi bankın ona qarşı hansı addımı atacağı bilinmir.