Bakıda məktəbdə gözyaşardıcı qaz şoku

10 Oktyabr, 2018 12:35 | Hadisə | Baxış sayı: 129
Gözyaşardıcı qaz
Gözyaşardıcı qaz

Şagirdlərdən biri 9 yoldaşını xəstəxanalıq etdi

Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.  Qaz balonunu məktəbə həmin məktəbin 6-cı sinfində oxuyan şagirdlərindən biri gətiribmiş. Nəticədə 9 uşaq xəsarət alıb.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun verdiyi məlumata görə, hadisə yerinə təcili yardım briqadası cəlb edilib. Uşaqlara ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanaya aparıblar.

“Qaz balonu istiotlu olduğundan yandırıcı təsir göstərir, amma gözlər yuyulacaq. Hazırda uşaqların vəziyyəti normaldır. Zərər çəkənlər 10-12 yaşlı uşaqlardır”.

Məlumata görə, hadisə tənəffüs vaxtı baş verib.