Yenicə toyu olan polis oğlu Sumqayıt yolunda öldü VİDEO, YENİLƏNİB

10 Oktyabr, 2018 10:33 | Hadisə | Baxış sayı: 370
“Hyundai” qəzadan sonra
“Hyundai” qəzadan sonra

Bakı-Sumqayıt yolunda dəmir arakəsməyə çırpılan "Hyundai"də olan 24 yaşlı gənc ölüb

 Bakı-Sumqayıt yolunda ağır yol-nqəliyyat hadisəsi baş verib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələr çırpılması nəticəsində ölən olub. 

Hadisə zamanı avtomobildə olan sərnişin,  24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. 

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır

Saat 09:45

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var. "BakıBus"dan İstiPress-ə verilən məlumata görə, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır. 
"Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar".

Bakı-Sumqayıt magistralında avtomobil qəzası baş verib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində yolda tıxac yaranıb.