Məşhur modeli oğurlayıb satmaq istədilər - FOTO

10 Oktyabr, 2017 13:15 | Hadisə | Baxış sayı: 419
Xloy Eylinq
Xloy Eylinq

Çılpaq modeli qul bazarında satmaq istədilər

Məşhur britaniyalı model Xloy Eylinqi oğurlayaraq qara bazarda satmaq istəyiblər.

İstiPress rus mətbuatına istinadən xəbər verir ki, o, oğruların əlindən qaçandan sonra yenidən öz fəaliyyətinə başlayıb və çılpaq fotosessiyalar etməkdə davam edir. 20 yaşlı model bu dəfə də lüt soyunaraq kamera qarşısına keçib.

Model belə xatırlayır ki, o, oğurlanan vaxt qaldığı yerdə əsl cəhənnəm əzabı yaşayıb.

Belə ki, onu 2017-ci ilin iyulunda Milanda oğurlayıblar. Ona əvvəlcə narkotik vasitə verərək, çamadana yerləşdiriblər və şəhərdən kənarda yerləşən fermer evinə gətiriblər. Daha sonra 270 min funta qara bazarda satmaq istəyiblər. 

Sonra məlum olub ki, qaçırmaq istədikləri qadın bu model deyilmiş. Bundan əlavə, onun balaca oğlu olduğunu nəzərə alıb sərbəst buraxıblar.

Hazırda model bu dəhşətli hadisə barədə kitab yazmaq istəyir.