DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

10 Oktyabr, 2017 17:00 | Hadisə | Baxış sayı: 258
Qətl
Qətl

Əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

İstiPress nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından, açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.