Bakıda kütləvi dava

10 Oktyabr, 2017 17:42 | Hadisə | Baxış sayı: 334
Dava
Dava

Davada iştirak edən 4 nəfər qaçıb

Bakıda kütləvi dava-dalaş olub. 

Nizami rayonu ərazisində bir qrup şəxs arasında dava düşüb. 

Bu zaman 28 yaşlı Qərib Səfərov bıçaqlanıb. 33 yaşlı Ruslan Hüseynovun isə körpücük sümüyü sındırılıb. Onların ikisi də 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, davada iştirak edən 4 nəfər qaçıb. Onların bəzilərinin kimliyi müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir./lent.az