Kafe işçisi içində on minlərlə dollar olan çanta tapdı

10 Sentyabr, 2019 13:50 | Hadisə | Baxış sayı: 116
Dubay
Dubay

Çantanın sahibini polis müəyyən edib

Dubayda kafe işçisi tapdığı pul ilə dolu çantanın sahibinə çatmasına kömək edib. Fillipin vətəndaşı olan şəxs tapdığı çantanı polisə təhvil verib.

Çantanın içində 195 min dram - 53 min dollar pul olub. Bundan başqa çantada 136 min dollarlıq iki qəbz, eləcə də şəxsi sənədlər var idi. 

Kafe işçisi çantanın sahibini gəlməyini gözləyib. Lakin o geri qayıtmayıb. Bundan sonra o polisə müraciət edib. Nəticədə bəlli olub ki, çanta rusiyalı iş adamına məxsus olub. İş adamı polis ona zəng edənə kimi bu itkidən xəbərsiz olub.