Zaqatalada güclü zəlzələ oldu - bir gündə iki dəfə YENİLƏNİB

10 Avqust, 2019 15:30 | Hadisə | Baxış sayı: 835
Zaqatalada zəlzələ
Zaqatalada zəlzələ

4,9 ballıq təkanlar bu gün saat 11 radələrində qeydə alınıb

Zaqatalada günün ikinci zələzləsi baş verib. Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb.  Zəlzələnin maqnitudası 3,4 olub.

Saat 11:57

Azərbaycanda bu gün növbəti dəfə hiss edilən zəlzələ qeydə alınıb. Seysmoloji Xidmət Mərkəzindən İstiPress-ə verilən məlumata görə, təkanlar Zaqatala rayaonunda baş verib. 

İlkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. 2 km dərinlikdə olan zəlzələnin maqnitudası 4,9 olub. 

Məlumata görə, təkanlar yaxın rayonlarda da hiss edilib. 

Qeyd edək ki, bu, avqusta ayında qeydə alınan 6-cə zəlzələdir. Bundan öncə də Balakən, Ağsu və Lerik də təkanlar baş verib. 

 Zaqatalada sonuncu dəfə güclü zəlzələ 2012-ci ilin may ayında baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Bakı vaxtı ilə saat 09.40-da ilk yeraltı təkan Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınmışdı. Yeraltı təkanların gücü episentrdə 7 bal olub. Təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunub. Zəlzələ nəticəsində onlarla insan yaralanmış, evlər dağılmışdı.