Bakıya uçan təyyarə təcili eniş etməli oldu

10 Avqust, 2019 14:42 | Hadisə | Baxış sayı: 206
"Buta"ya məxsus təyyarə
"Buta"ya məxsus təyyarə

Sərnişinlərdən birinin vəziyyəti pisləşib

"Buta Airways"in təyyarəsi bu gün təcili eniş etməli olub. Şirkətdən verilən məlumata görə, sərnişinlərdən birinin halının pisləşməsi ilə (yüksək təzyiq) əlaqədar olaraq J2 9042 nömrəli aviareysində hava gəmisinin kapitanı Gəncə aeroportunda məcburi eniş etmək qərarı alıb.

Reys Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili surətdə tibbi kömək göstərilib. Təyyarənin marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, təyyarə İzmir-Bakı marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 102 sərnişin olub.