Universitet müəllimi özünü yandırdı

10 Avqust, 2018 16:58 | Hadisə | Baxış sayı: 185
Özünü yandıran adam
Özünü yandıran adam

Samux rayon sakini özünü yandırıb.

İstiPress-in “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.