Tikintidə Bakının ən çox qanun pozan rayonları SİYAHI

10 Avqust, 2018 12:00 | Hadisə | Baxış sayı: 108
Tikinti
Tikinti

Qanunsuz tikililərlə bağlı statistika

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumla Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində 6 il (2012-2018) ərzində qanunsuz tikililərlə bağlı statistikanı açıqlayıb. 

K.Əliyev bildirib ki, 6 il ərzində bu sahə ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 nəfər olub. Dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub. Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub.

İdarə rəisi tikinti sahəsi ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayon adlarını da açıqlayıb. O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır, digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.