Daşkəsən rayonunda süni göldə batan 2000-ci il təvəllüdlü Emin Bəhruz oğlu Əliyevin meyiti sudan çıxarılıb.
İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.
Faktla bağlı araşdırma aparılır.
Sərnişin avtobusu idarəetməni itirib
Meyit su çəkiləndən sonra 8 metr dərinlikdən çıxarılıb
Müttəhimin anasının psixi problemlərinin olduğu bildirilir
Bir gecədə 46 təkan qeydə alınıb
Fəhləliklə məşğul olan ər hər gün içib arvadını döyürmüş