Qusarda 10 günə ad günü keçirməyə hazırlaşan gənc özünü asdı

10 Avqust, 2018 12:30 | Hadisə | Baxış sayı: 216
İntihar
İntihar

Onun meyiti tövlədə tapılıb

Qusarın Xuray kəndində intihar hadisəsi qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu gün səhər saat 10 radələrində kənd sakini Musa Firuz oğlu Ağaşirinov özünü yaşadığı evin həyətindəki tövlədən asıb.

Hadisə yerinə Qusar prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Asılmış vəziyyətdə gəncin meyitinin üzərində hər hansı xəsarət aşkarlanmayıb. Hadisə yeri müayinə olunub.

Mərhumun subay olduğu, indiyəcən hərhansı xəstəliyi və probleminin olmadığı bildirilir.

Qusar rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.

Musa Ağaşirinovun 10 gündən sonra 23 yaşı tamam olacaqdı.