Bakıda restoranda atışma, ölən var

10 Avqust, 2018 08:42 | Hadisə | Baxış sayı: 309
Restoran
Restoran

"Naxçıvan" restoranındakı hadisənin səbəbi bilinmir

Bakının Sabunçu rayonunda silahlı insident baş verib. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.