Bələdiyyə başçısı şort geyindi, restorandan qovuldu FOTO

10 Avqust, 2017 12:55 | Hadisə | Baxış sayı: 153
Kişi şortu
Kişi şortu

Məmur dres kodu pozub

İtaliyada geyindiyi şort bələdiyyə başçısının başına bəla olub. İstiPress-in məlumatına görə, Toskana vilayətindəki Viareggio şəhərinin rəhbəri Giorgio Del Ghingaro şortla getdiyi restorandan qovulub. Səbəb isə onun dress kodu pozması olub. 

Bələdiyyə başçısı "Facebook" hesabından açıqlama verib və şalvar geyinmədiyi üçün alçaldığını qeyd edib. Dəniz kənarındakı restorana axşam yeməyi üçün getdiyini, orada geyim qaydası ilə bağlı heç bir xəbərdarlıq görmədiyini qeyd edib.

"Bəlkə də o restoranda geyimdən başqa vergi nömrəsi, məhkumluq, şəhərdə yaşamaq icazəsi, diplom, hətta dərinin rəngini də yoxlayırlar", deyərək o ironiyailə özünə qarşı olan münasibətə reaksiya verib və avqust kimi isti ayda dəniz kənarındakı restoranda şorta icazə verilməməsindən təəccüblənib. 

Bələdiyyə başçısının açıqlama sından sonra restoran rəhbərliyi də mövqeyini bildirməli olub. Rəhbərlik girişdə iki hissədə geyim qaydalarının yazıldığını bildirib və məmur olduğu üçün ayrıseçkilik etmək niyyətində olmadıqlarını qeyd edib.