Balina çayda ilişib qaldı FOTO

10 Avqust, 2017 12:39 | Hadisə | Baxış sayı: 121
Balina
Balina

Rusiyada balina çayda ilişib qalıb. İstiPress-in NTV-yə istinadla verdiyi məlumata görə, qəribə hadisə Xabarovsk vilayətində olub. Nəhəng Qrelandiya balinası dar çay keçidində qalıb. 13 metr uzunluğunda olan heyvan geri - dənizə dönə bilməyib. Bu isə adı Qırmızı kitaba düşən canlının həyatını təhlükə ilə üz-üzə qoyub. 

Məlumata görə, canlı çay axınına gecə çəkilməsi zamanı daxil olub. Mütəxəssislər Böyük şantar adası yaxınlığında qalan canlıya kömək etməyə çalışırlar.

Qrelandiya balinası Şimal yarımkürəsində, Oxot dənizində yaşayır. Balinanın adı Qırmızı kitaba düşüb.