Azərbaycanda təhsil alan məşhur "dodaq" həkimi həbsdən qaçdı

10 Avqust, 2017 15:37 | Hadisə | Baxış sayı: 138
Merve Keleş
Merve Keleş

"Slikon qurban"ı olan qızın dodağı Türkiyəni şoka salmışdı

Bir müddət öncə Türkiyədə qadınların dodaqlarını silikonla korlayan, ölüm riski ilə üz-üzə qoyan, Azərbaycanda oxuduğunu deyərək müştərilərini aldadan "estetik cərrah" həbsxanadan qaçıb. İstiPress-in məlumatına görə, aralarında 22 yaşlı tibb bacısının da olduğu 4 qadının dodağına silikon vuraraq onları eybəcər hala salan Soner Gülnaz adlı şəxs oğurluq, saxtakarlıq, yaralama ittihamı ilə həbs edilmişdi. 

Oğurluq ittihamı ilə bağlı 5 il 3 ay cəzası olan, əsl sənəti qadın bərbəri olan Soner G. Adana açıq tipli həbsxanaya göndərilib. Lakin axşam yoxlaması zamanı onun yerində olmadığı və qaçdığı müəyyən edilib. Polis artıq axtarışa başlayıb. Onun hansı yolla həbsxanadan qaçdığı araşdırılır. 

Dodaq "fəlakəti" bu ilin may ayında baş verib. Görünüşündən narazı olan 22 yaşlı Merve Keleş Adanada internetdə özünü mütəxəssis kimi təqdim edən saç ustası Soner G.-yə müraciət edib. Soner G. Azərbaycanda təhsil aldığını deyib. Dodaqlarından narazı olan gənc qız ilk olaraq 500 lirə (təqribən 260 manat) verərək təbii dolğu etdirib. Dolğu bir həftəyə əridiyi üçün o daha sonra 1000 lirə verərək silikon qoydurub. Saxta həkim klinikasının təmirdə olduğunu deyərək proseduru evində həyata keçirib. 

Lakin onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gözlənilən nəticəni verməyib.  Silikon yerləşdiriləndən yarım saat sonra qızın dodaqları şişib, yanmağa başlayıb. Bir gün sonra yenidən həkimə müraciət edən qadın özündə dözülməz ağrı olduğunu bildirib. Cavabında isə "bu, mənlik deyil. İnfeksiya düşüb, həkimə get" cavabını eşidib. Kaleş çalışdığı xəstəxanaya müraciət edib. Nəticədə onun dodağındakı maddənin mənşəyinin bəlli olmadığı və allergik reaksiyanın başladığı bəlli olub. Əgər istifadə edilən maddəni təmizləmək mümkün olmazsa, gənc qız dodaqlarını tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Aylarla davam edən müalicədən sonra dodaqları xilas etmək mümkün olub.

Tibb bacısından sonra saxta həkimin başqa qurbanları da üzə çıxıb.