Bakıda qucaqlaşan cütlüyə görə yaranan mübahiisə qətllə bitdi – MƏHKƏMƏ

10 İyul, 2020 11:21 | Hadisə | Baxış sayı: 169

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Murad Tağıyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstiPress-in məlumatına görə, hadisə ötən ilin oktyabr ayında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 28 ünvanında, yolun kənarında baş verib.

1997-ci il təvəllüdlü Tağıyev Murad Elşən oğlu gecə saatlarında həmin ünvanda yolun kənarı ilə hərəkətdə olarkən oğlan və qızın sərxoş vəziyyətdə qucaqlaşdıqlarını görüb.

M.Tağıyev həmin şəxslərə yaxınlaşaraq onlara iradını bildirərkən kənarda dayanan, sərxoş cütlüklə birlikdə yeyib-içmiş 1967-ci il təvəllüdlü Novruzov Hamlet Nurəddin oğlu M.Tağıyevə yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə M.Tağıyev üzərində gəzdirdiyi bıçaqla H.Novruzovu qətlə yetirib.

M.Tağıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.