Mikroavtobus aşdı, xəsarət alanlar var - FOTO

10 İyul, 2019 13:49 | Hadisə | Baxış sayı: 103

İdarəetmədən çıxan mikroavtobus yoldan çıxıb

Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus aşıb, xəsarət alanlar var.

İstiPress-in məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.