Polis bu qadını axtarır - FOTO

10 İyul, 2018 17:28 | Hadisə | Baxış sayı: 306

Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iyulun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, A.Şıxvəliyevanın əlamətləri belədir: Boyu 155-165 sm, dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir. Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə, 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.