Fil sirkə gələnlərin üstünə aşdı VİDEO

10 İyul, 2018 13:19 | Hadisə | Baxış sayı: 59
Fil
Fil

İki erkək heyvan dişi filə hücum edib

Almaniyada sirk şousu zamanı faciənin qarşısı alınıb. İstiPress-in məlumatına görə, şouda iştirak edən fillərdən biri tamaşaçının üzərinə aşıb.

Kron şirkində iki erkək fil Mala adlı dişi filə hücum edib. Həyəcanlanan mala isə bariyerləri aşaraq səhnənin arxasına keçib və tamaşaçıların üzərinə aşıb. Panikaya düşən insanlar dərhal qaçmağa başlayıblar. 

Təlimçilərin vaxtında və cəld müdaxiləsi ilə faciənin qarşısını almaq mümkün olub. Buna baxmayaraq əylənmək üçün gələnlər arasında xəsarət alanlar olub. Tamaşa isə qısa fasilədən sonra davam edib.