Donuz əti ərəb "şahzadənin" sirrini açdı

10 İyul, 2018 12:01 | Hadisə | Baxış sayı: 170
Rüşvət
Rüşvət

30 ilə yaxın davam edən yalan

Amerikalı kişi özünü ərəb şahzadəsi kimi qələmə verib. Onun bu yalanının ömrü isə nə az, nə çox düz 30 ilə yaxın çəkib.

47 yaşlı Entoni Jinyake özünü bu illər ərzində Səudiyyə Ərəbistanından olan şahzadə - diplomat kimi təqdim edib. Bunun üstü isə onun məhkəmə işi zamanı açılıb. Sən demə bəzi otellər və şirkətlərə on minlərlə dollar ziyan vuran Entoni dələduzluğa görə həbs edilib. Proses zamanı bəlli olub ki, o bu yalana 1991-ci ildən başlayıb. 

Bu yolla Mayamidə penthaus, bir neçə bahalı maşın ələ keçirib. Onu ələ verən isə müsəlmanların heç etmədiyi bir şey - donuz əti yeməsi olub. İslam dinində qadağan olan bu qidanı çox sevdiyi üçün onu tərgidə bilməyib.