Azərbaycanda toydan çıxan gəncin 20 illik namus qətli

10 İyul, 2018 09:26 | Hadisə | Baxış sayı: 476
Avtobusda dava
Avtobusda dava

30 yaşlı kişi 20 il qabaq qohumu ilə görüşən 4 uşaq atasını qətlə yetirdi

Şabranda 20 il əvvəlki namus məsələsi qətlə səbəb olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 21 radələrində qeydə alınıb. 30 yaşlı Ağayəhya Güloğlan oğlu Abbasov şəhərdəki toyların birindən çıxaraq şəhər sakini Rəşid Əhmədova zəng edib. Rəşidin cavab vermədiyini görən Ağayəhya onun yaşadığı məhəlləyə gəlib. Dördyol ayrıcı adlanan ərazidə Rəşid Əhmədovu əyləşdiyi "İnfiniti"markalı avtomobildən düşürdərək onunla söhbət edib. Bir müddət sonra iki kişi arasında mübahisə başlayıb.

Mübahisə zəminində Ağayəhya Abbasov R.Əhmədova ürək və qol nahiyəsinə 4 bıçaq zərbəsi endirib. Ağır xəsarət alan yaralı Şabran rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.

Əldə etdiyimiz məlumata görə, iki kişi arasınd akı mübahisəyə səbəb 20 il əvvəlki məsələ olub. Ağayəhya Abbasov həmyerlisindən bu məsələ ilə bağlı haqq-hesab tələb edib, onu yaxın qadın qohumu ilə münasibəti olmaqda ittiham edib. "Sən kimsən ki,mənim qohumumla əlaqən olub?Xeyir ola onunla gəzmisən?"- deyib.

Toyda qəbul etdiyi spirtli içkinin təsirindən 20 il əvvəlki məsələni çürütməyə çalışan Ağayəhya Abbasov bundan sonra qohumunun keçmiş tanışını qanına qəltan edib. Hadisədən sonra Şabran polis şöbəsinin əməliyyatçıları Ağayəhya Abbasovu isti izlərlə yaxalayaraq istintaqa təhvil veriblər.

Mərhum R.Əhmədov dava edərkən maşınında olan qoşalülə ov tüfəngi  ilə atəş də açıb. Nəticədə saxlanılan şəxs əlindən yaralanıb. Dava zamanı mərhumun və zərərçəkənin istifadə etdiyi qoşalülə ov tüfəngi və bıçaq maddi sübut kimi götürülüb.

Şabran rayon prokurorluğunda CM-nin 120.1 - qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.

Qeyd eləyək ki,Şabran bazarında ticarətlə məşğul olan, keçmiş sevgisinin güdazına gedən mərhum 48 yaşlı  Rəşid Əhmədov ailəli və 4 uşaq atası olub.