Azərbaycanda dəhşətli qəza: bir ailənin 3 nəfəri öldü

10 İyul, 2018 15:54 | Hadisə | Baxış sayı: 250
Maneəyə çırpılan "Mercedes"
Maneəyə çırpılan "Mercedes"

Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb.

İstiPress-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü F.Aydınzadə xəstəxanada ölüb. Ölənlər: Fuad Aydınzadə (1988), Bənövşə Aydınzadə (1963), Nuray Aydınzadə (7 aylıq). Yaralılar: Aydınzadə Nuranə (1995), Aydınzadə Nigar (1987), Aydınzadə Əli (2008), Aydınzadə Zəhra (2011).

Faktla bağlı araşdırma aparılır.