Azərbaycanda 67 yaşlı qadın kanalda batdı

10 İyul, 2018 16:27 | Hadisə | Baxış sayı: 76
Suda boğulma
Suda boğulma

Xaçmazda 67 yaşlı qadın kanalda batıb.

İstiPress-in şimal bürosuna Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə iyulun 9-da Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü  Pəri Qubad qızı Şıxəliyevanın batması barədə məlumat daxil olub.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.