Saatlıda ağır qəza: İki avtomobil toqquşdu

10 İyul, 2017 18:33 | Hadisə | Baxış sayı: 39

Ölən və xəsarət alan var

Bakı-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobillə “Niva” markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 55 yaşlı Məhəmməd Əliyev ölüb. Onun oğlu, 33 yaşlı Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması alıb. V. Əliyev Şirvan şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək, V. Əliyev VAZ-2106 markalı avtomobilin sürücüsüdür. 

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. Mənbə: APA