Prezident generalı ac piranalara yem etdi - qan donduran edam

10 İyun, 2019 10:00 | Hadisə | Baxış sayı: 231
Pirana
Pirana

İddiaya görə, general KXDR-də çevriliş hazırlayıb

Şimali Koreya lideri Kim Çen In dünyanın ən zalım dövlət başçılarından biri kimi tanınır. Bu zamana kimi o dəfələrlə qan donduran edam qərarları ilə gündəmə gəlib. Xüsusi ilə də məmurlar, yaxın ətrafındakı şəxslərə qarşı bu adımları atmaqdan belə çəkinmir. İddiaya görə, prezident işindən narazı qaldıqğı şəxsləri ac heyvanlara yem edib, top atəşi ilə öldürüb, alov topunda yandırıb və s. 

Bu dəfə o xüsusi üsula əl atıb. İddiaya görə, adı açıqlanmayan və dövlət çevrilişinə cəhddə ittiham olunan general yırtıcı balıqlar - ac pirana balıqları ilə dolu hovuza atılıb. Hovuza atılmadan öncə general müxtəlif işgəncələrə məruz qalıb. 

Pirana dolu hovuzun prezidentin Ryongsong Sarayında olduğu güman edilir. Onun 1977-ci ildə istehsal edilən Ceyms Bond filmindən "ilhamlandığı" deyilir. 

Xatırladaq ki, bundan öncə də bir nazir köməkçisi - O Sang Hon adlı məmur alov avadanlığı ilə yandırılmışdı.