Oğlunu döyən ata saxlandı - FOTO

10 İyun, 2019 19:29 | Hadisə | Baxış sayı: 93
Azərbaycan polisi
Azərbaycan polisi

Sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyüb

Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb.

İstiPress-ə bu barədə DİN Mətbuat xidmətinin Gəncə Regional qrupundan məlumat verilib. 

Bildirilib ki, iyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 1972-ci il təvəllüdlü İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, İ.Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.