Bakıda keçmiş ər xəstəxana həyətində qadının boynunu kəsdi

10 İyun, 2019 12:10 | Hadisə | Baxış sayı: 107
Yaralı
Yaralı

39 yaşlı şəxs qətli boşandığı qadının iş yerində törədib

Bakıda kişi keçmiş həyat yoldaşının boğazını kəsib. Hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Belə ki, xəstəxanada çalışan 1978-ci il təvəllüdlü Xavər İbrahimova iş yoldaşlarına keçmiş həyat yoldaşının gəldiyini bildirərək xəstəxananın həyətinə düşüb. Xavər İbrahimova həyat yoldaşı ilə mübahisə edib. Cütlüklərin arasında mübahisə qanla nəticələnib.

Bir müddət sonra qadının geri dönmədiyini görən həmkarları onun arxasınca həyətə düşüb. Bu zaman onu boynu kəsilmiş, ürəyində bıçaqlanmış görüblər. Qadın iki il öncə ayrıldığı keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimov tərəfindən bıçaqlanıb.

Qadın dərhal işlədiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralıya tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, ər-arvad arasında tez-tez mübahisələr baş verirmiş.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub. Faktla bağlı cinayət işi başlanıb.